SON XƏBƏRLƏR

Yunanıstanda hökumət böhranı çözüldü

2021.10.20, 07:36
Yunanıstanda hökumət böhranı çözüldü

Gunaz.tv

GünAz TV: Yunanıstanda yeni baş nazirin adı nəhayət qətiləşib. Avropa Mərkəz Bankının keçmiş prezidenti Lukas Papadimos və yeni kabineti and içərək vəzifəsinin icrasına başlayıb.

Dünən Sabah saatlarında prezident Karolas Papulyasın rəhbərliyi altında bir araya gələn müxalifət və iqtidardakı PASOK liderləri uzun müzakirələrdən sonra Papadimosun adı üzərində razılığa gəlib.

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Əslinda Papadimosun adı əvvəlcədən müvəqqəti hökumətin baş naziri olaraq çəkilirdi. Ancaq Papadimos növbədənkənar seçkilərin keçiriləcəyi 19 fevrala qədər deyil, daha uzun müddət Yunanıstanı idarə etmək istədiyi üçün buna razılaşmırdı. Ancaq indi papadimosun istəyinin qəbul edildiyi anlaşılır. Çünki yeni baş nazir yeni vəzifəsində verdiyi ilk açıqlamada növbədənkənar seçki üçün konkret (açıq, müşəxxəs) tarixin bəlli olmadığını deyib.

Papadimosun açıqlamasında diqqət çəkən digər məqam isə avro bölgəsində üzvlüyün Yunanıstanın maliyyə sabitliyinin təminatı olacağını açıqlaması və bu çərçivədə Avropa Birliyi ilə əldə edilən anlaşmaya sədaqətini dilə gətirməsi olub. Özünü siyasətçi adlandırmayan Papadimos bu günə qədər Yunanıstanın çox səy göstərməsinə baxmayaraq iqtisadi problemlərin öhdəsindən gələ bilmədiyini xatırladıb və problemin həlli üçün birlik çağırışı edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar