Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
“Mələvan” və “Traxtur” komandalarının oyunu azarkeşlərin Güney azərbaycanlı türklərin kimliyinə qarşı irqçi şüarlarına görə ləğv edildi
Mehrdad Əxlaqi İranın müdafiə naziri oldu
Ərəb Körfəzi Əməkdaşlıq Şurası: Tehranın addımları Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini hədəfə alır
Ermənistan işğalından Xudafərin körpüsünün azad edilməsindən altı il ötür
Vens: Müharibə davam etməlidir
Həsənu meşələrinə mədən texnikası yenidən qayıdır: Yəzdin Ərdəkan Polad Şirkəti və İranın Atom Enerjisi Təşkilatının adı çəkilir
Kürd “Ronahi” komandasının üzvlərinin Qoşaçayın “Ümidafrin” komandasının üzvlərinə hücumu (Video)
Netanyahu: İran rejimi xərçəng kimidir, ondan qurtulmasaq, geri qayıdacaq
İsrail müdafiə naziri: İranla işimiz bitməyib, bu dəfə enerji obyektlərini də hədəfə alacağıq
Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Fridrix Merts: Almaniya İsrailin yanındadır
Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Traxturun qapıçısı 2026-cı ilin Asiyada ən yaxşı kişi futbolçusu mükafatına namizəd olub
Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!
Yəmən İrana: Silahlarınızı ölkəmizdən çıxarın, işlərimizə qarışmayın!
İranın Pakistanla quru sərhədi bağlandı
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
Tramp ABŞ, Rusiya və Çin arasında nüvə sazişinin mümkünlüyündən danışıb
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Ərəb Liqası husilərin Yəməndə hökumət və mülki obyektlərə hücumlarını pisləyib
Ankara Universitetində Məhəmmədtəqi Zehtabinin anım mərasimi keçiriləcək
İki şəhədə beş məhbus edam edildi
Vens: İranla bağlı hərbi qərarlarda Trampla mövqelərimiz üst-üstə düşür
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Soyuqbulaqda yol qəzası- Ölən və yaralananlar var
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Həmədanda dəm qazından zəhərlənən 19 həlak olub
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
GünAz TV mətbuat mərkəzi Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin “Qafqazinfo”ya verdiyi müsahibəsini olduğu kimi təqdim edir:
Millət vəkili müsahibəsində son vaxtlar İranın yüksək vəzifəli şəxsləri və Ayətullahları tərəfindən Azərbaycana və ölkənin prezidenti İlham Əliyevə qarşı açıq təhdidləri şərh edib. Bu təhdidlərin haradan qaynaqlandığını açıqlayıb.
- İranda Azərbaycanla bağlı son dövrlər səslən bəyanatların mahiyyətində nə dayanır?
- İranın Azərbaycanı təhdid etməsinin başlıca səbəbi daxildə Azərbaycan türklərinin son illərdə xüsusilə aktiv mövqeyə çıxması, beynəlxalq aləmdə İran məsələsində Azərbaycanın tərəf kimi tanınmasıdır. Bilirsiniz ki, bundan əvvəl “İraq problemi”ni dünya siyasi masasının üzərinə çıxararkən kürdlər tərəf oldular. Bu gün də Cəlal Tələbani bildiyimiz kimi İraq prezidentidir və kürd muxtariyyəti də ciddi şəkildə, İraqın digər bölgələrindən fərqli olaraq, bu ölkədə əmin-amanlıq içərisində yeni bir düzən qurublar. Azərbaycan yeni bir mərhələyə qədəm qoyub. Həm daxildəki aktivlik, həm də beynəlxalq aləmdə BMT (Birləşmiş Millətlər Təşkilatı) tərəfindən “bölünmüş xalq” statusunun alınması, ABŞ (Amerika Birləşmiş Ştatları) və AB-i (Avropa Birliyi) tərəfindən azərbaycanlıların haqlarının tanınması, orada 30 milyondan artıq insanın milli haqlarının verilməməsi nəticə etibarı ilə İranla bağlı yeni situasiya (vəziiyət, moqeiyyət) yaradıb. Əgər əvvəllər İranda sadəcə rejim məsələsi müzakirə olunurdusa, ideoloji bir dövlətin qonşular, dünya üçün təhlükə yaratması bir problem idisə, indi həm də İranın daxilində vətəndaş azadlıqları və milli haqların verilmədiyi bir dövlət kimi tanınması, bu istiqamətdə azərbaycanlıların böyük çoxluq kimi hüquq və azadlıqları artıq müzakirə olunan məsələlərdəndir. Ona görə də İran daxilindəki problemləri əngəlləmək üçün Azərbaycan dövləti ilə təhdid dilində danışır. Bu həm daxilə ünvanlanmış mesajdır, yəni biz hətta müstəqil olan Azərbaycan dövlətini də təhdid edə bilərik, həm də İranla bağlı layihələrin içərisində gələcəkdə Azərbaycan tərəfinin yer almasının qarşısının alınmasına xidmət edir. Dünya Azərbaycanlılarının üçüncü qurultayı keçirildi. Prezident İlham Əliyev də qurultayda iştirak etdi. Artıq neçənci dəfədir ki, “40 milyondan artıq dünya azərbaycanlıları” adlı bir ifadə ciddi şəkildə bütün strukturlar (yapı, saxtar) tərəfindən səsləndirilir. Hər kəsə məlumdur ki, böyük çoxluq bu gün İran deyilən ərazidə yaşayan Azərbaycan türkləridir.
- Deməli bu bəyanatların mahiyyətində prezidentin həmin qurultayda və digər tədbirlərdə 50 milyonluq azərbaycanlıya müraciəti dayanır...
- Həm bayaq sadaladığım beynəlxalq şərtlər, həm də Azərbaycan dövlətinin rəsmi şəkildə İran daxilindəki azərbaycanlı çoxluğunu Azərbaycan türkləri kimi qəbul etməsi və onu “dünya azərbaycanlıları” adı altında ifadə etməsidir. Hər kəs bu gün İranın qonşularla təhdid dilində danışdığını başa düşüb ehtiyatlı mövqe tuta bilər. Lakin heç kəs oradakı Azərbaycan türklərinin nə özündən, nə də haqlarından keçəsi deyil. İran bilir ki, oradan mühacirət edən, siyasi rejimdən qaçan Azərbaycan türklərinin böyük əksəriyyəti diaspora adı altında Azərbaycana, onun problemlərinə bağlı şəkildə birgə fəaliyyət göstərirlər. Bu təbii ki, İranı narahat edir. İranda səslənən bəyanatların mahiyyəti İran ətrafında yeni yaranmış beynəlxalq situasiyalar, Azərbaycan türklərinin siyasi masa üzərinə tələb kimi çıxarılması və Azərbaycan daxilində səslənən bəyanatlardır. Bir məsələni də qeyd edim ki, bəzi dövlətlərdə, xüsusilə İranın mövcud durumunu və fəaliyyətini, təhlükəli mövqeyini qəbul etməyən dövlətlərdə Güney Azərbaycan mühacir hökumətinin rəmzi konsulluqlarının açılması məsələsi bu gün çox ciddi müzakirə mövzusudur və bu istiqamətdə ciddi danışıqlar gedir.
- Bu bəyanatlar prezident İlham Əliyevin anti-İran siyasəti yürütdüyü haqda fikir yarada bilərmi?
- Mən Azərbaycan prezidentinin xarici siyasət sahəsində hansısa anti-dövlət siyasi yürütdüyünü yox, Azərbaycanın maraqlarını nəzərdə aldığını düşünürəm. Bəzi dövlətlər Azərbaycanın maraqları, mənafeyi mütləq şəkildə müdafiə olunanda bunu öz dövlətlərinə qarşı anti-siyasət kimi qəbul edirlər. Azərbaycan bu gün öz maraqlarından çıxış edir.
- Bu sualı ona görə verdim ki, son bəyanatlarda birbaşa prezident təhdid edilib.
- Azərbaycan dövlətinin prezidentini təhdid edə bilməzlər. Azərbaycan prezidenti yaxşısı, pisi ilə, doğru - yanlış siyasəti ilə Azərbaycan xalqının və dövlətinin prezidentidir. Azərbaycan prezidentinə qarşı yönəlmiş hər hansı bir təhdid Azərbaycan xalqına və dövlətçiliyinə yönəlmişdir.
- Axı fakt odur ki, belə bir təhdid edilir...
- İranın bu gün yeritdiyi siyasət Azərbaycan prezidentinə təhdid deyil, bu dövlətə və xalqa təhdiddir. Xalqımız da İranın bu mövqeyinə qarşıdır.
- Axı İran İlham Əliyevin Amerikaya cavabını unutmamalıdır. Hər halda Azərbaycan prezidenti kifayət qədər rəsmi Tehrana sərf edən mövqe sərgiləmişdi.
- Əgər İran islam təəssübkeşi olsaydı, dini bir qardaşlarının hüquq və azadlıqlarını əllərindən almazdı, dini bir qardaşlarının torpaqları işğal altında olarkən mütəmadi o işğalı həyata keçirən anti-islam mövqeyində duran bir dövlətlə isti münasibətlər qurmazdı. Dinlərarası münasibətlərin tolerant (xoş görü) olmasının tərəfdarıyam, lakin İran məhz islam aspektindən (cənbə, cəhət) çıxış edirsə İranın islama heç bir aidiyyatı yoxdur. İslam təəssüf ki, İran üçün bir vasitədir. İslam kimi müqəddəs və humanist bir dini dünyada nüfuzdan salan İran kimi dövlətlərin ideoloji seçim edərək onu öz niyyətləri üçün istifadə etməsidir.
- Bu təhdidlər artıq davamlı şəkil alıb. Hər hansı bəyanat, nota, yaxud yüksək səviyyəli danışıqlar yolu ilə bunun qarşısını almaq olmaz?
- İran ətrafında ciddi proseslər (sürəc) gedir. İran bunun təhlükəsini hər an duyur və hər hansı bəyanatla bunun qarşısını almaq mümkün deyil. Bu məsələdə İranın mövqeyi Azərbaycan türklərini haqq və hüquqlarından məhrum etmək siyasətinə yönəlib. Hansısa danışıqlarla bunu həll etmək olmaz. Dünyada bu proses gedir. İran ətrafındakı bu prosesin tərəflərindən biri İrandan xaricdə yaşayan farslardırsa, digər tərəfi Azərbaycan türküdür. Mən özüm də bu proseslərdə fəal iştirak edirəm və çalışacağıq ki, digər dövlətlərdə Günay Azərbaycanın rəmzi konsulluqları açılsın.
- Belə çıxır ki, bu reaksiyalar İranın qorxu instinktinin (qərizə, içgüdü) nəticəsidir...
- Bəli, bu İranın tarixi ədalətin bərpa olunacağı günü gördüyündən xəbər verir. 1828-ci il Türkmənçay müqaviləsinin nəticələrinin sona yaxınlaşmasına işarə ola bilər. Bu bir mərhələnin başlanğıcıdır. Bu o demək deyil ki, Güney Azərbaycan dərhal müstəqil olsun, Quzey Azərbaycana birləşsin. Lakin proses başlayıbsa Azərbaycan tərəf kimi ilk dəfə beynəlxalq aləmdə tanınır ki, orada 30 milyon Azərbaycan türkü vardır ki, İran əhalisini yarısını təşkil edir və onların hüquqları pozulur.
Elbrus Ərud
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Milli fəalara əlavə cəzalar verildi
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Rusiyalı mütəxəssislər İrana getdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir