SON XƏBƏRLƏR

Fransanın kəşfiyyat xidməti: “Amerika İsrailə İrana hücum üçün 55 bomba verib”

2021.10.20, 07:36
Fransanın kəşfiyyat xidməti: “Amerika İsrailə İrana hücum üçün 55 bomba verib”

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) bu ilin sentyabrında (September) İsrailə gizlicə yeraltı bunkerlərin (pənahqah) deşilməsi üçün nəzərdə tutulan 55 bomba verdi.

Bu barədə Fransanın kəşfiyyat xidmətində anonim (adsız) mənbəyə istinadən fransız KİV-i (kütləvi informasiya vasitələri) informasiya yayıb. Bombaların çəkisi tondan yuxarıdır və yeraltı binanın zirehli tavanını (səqf) vurmağa qadirdir. Fransız kəşfiyyatının fikrincə, onlar İran nüvə obyektlərinə (təsisat) hücumun həyata keçirilməsi üçün İsrailə verilib. Bununla birlikdə Birləşmiş Ştatlar tələb edir ki, İsrail Vaşinqtonla məsləhətləşməmiş İran İslam Respublikası (cümhuriyyət) barəsində döyüş hərəkatlarına başlamasın. ABŞ və Böyük Britaniya bu mərhələdə İran barəsində sanksiyaları (təhrim) amansızlaşdırmağa başlayıb.

 Eyni zamanda İran İsrail nüvə obyektləri ilə cavab zərbəsini verməklə hədələyir. İran ordusunun Baş qərargah rəis müavini Məsud Cəzaəiri “Əl-Əlyam” telekanalına müsahibəsində bildirib ki, onlar üçün ən rahat hədəf – Dimondakı nüvə reaktorudur: “Əgər İsrail bizə hücum etməyə cəhd edəcəksə, cavabında biz onu Yer kürəsindən siləcəyik. Və bizim cavabımız Yaxın Şərq regionu (bölgə) ilə kifayətlənməyəcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar