SON XƏBƏRLƏR

İran parlamentinin üzvü Azərbaycanda "casuslar tapıb"!

2021.10.20, 07:36
İran parlamentinin üzvü Azərbaycanda "casuslar tapıb"!

Gunaz.tv

GünAz TV: İran parlamentinin üzvü Zöhrə Elahiyan Qərb və İsrail xüsusi xidmət orqanlarının Azərbaycan ərazisində İrana qarşı fəaliyyət göstərdiklərini bəyan edib.  

 

Zöhrə Elahiyan bildirib ki, “Mossad” (İsrail), Mərkəzi Kəşfiyyat İdarəsi (Amerika) və Mİ 6 (Britaniya) Azərbaycan, Türkmənistan və İran İslam Respublikası (cümhuriyyət) ilə həmsərhəd olan digər ölkələrdə casus mərkəzləri təsis ediblər və İran barədə məlumat toplayırlar. O qeyd edib ki, bu mərkəzlər İranla sərhəd bölgələrində yerləşdirilib.

 

İran parlamentinin Təhlükəsizlik və xarici siyasət komissiyasının (komisyon) üzvü olan Zöhrə Elahiyan deyib ki, bu mərkəzlər İran vətəndaşlarına və İran dövlətinə qarşı təxribatlar təşkil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar