SON XƏBƏRLƏR

Əsədə siyasi sığınacaq təklif olunur

2021.10.20, 07:36
Əsədə siyasi sığınacaq təklif olunur

Gunaz.tv

GünAz TV: Ərəb dövlətlərinin liderləri Suriya prezidenti Bəşər Əsədi istefa verməyə çağıraraq ona siyasi sığınacaq verməyə hazır olduqlarını bəyan ediblər.

Bunu ABŞ (Amerika Birləşmiş Ştatları) dövlət katibinin köməkçisi Ceffri Feltman bildirib.

"Demək olar ki, bütün ərəb liderləri eyni fikirdədirlər: Əsəd rejiminə son qoyulmalıdır. Suriyada dəyişiklik qaçılmazdır", - deyə Feltman bildirib.

Xatırladaq ki, bu ilin martından Suriyada hökumət qüvvələrilə Əsədin istefasını tələb edən nümayişçilər arasında baş verən toqquşmalarda 3 mindən artıq insan həlak olub. Ölkənin müxtəlif şəhərlərində, demək olar ki, hər gün toqquşmalar və insan tələfatı baş verir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar