SON XƏBƏRLƏR

Ölkəni tərk edən ermənilərin sayı getdikcə artır

2021.10.20, 07:36
Ölkəni tərk edən ermənilərin sayı getdikcə artır

Gunaz.tv

GünAz TV: Hər hansı məlumatı saxtalaşdırmaqda mahir olan ermənilər dünya ictimaiyyətinin gözünə kül üfürmək məqsədilə qəsdən ölkəyə gələnlərin sayını artıq göstərməyə çalışırlar.

 

GünAz TV mətbuat mərkəzinin AzərTAc-a istinadən yaydığı məlumata görə,  Ermənistan rəhbərliynin ölkədə "yüksək həyat səviyyəsi" barədə verdiyi yalan və şirnikdirici məlumatlara baxmayaraq ölkəni tərk edən ermənilərin sayı durmadan artır. Fransada erməni lobbisinin vəsaiti (büdcə) hesabına gündəlik nəşr olunan "Ermənistan xəbərləri" ("Les Nouvelles d’Armenie") qəzeti də bunu etiraf etməyə məcbur olmuşdur.

 

Qəzetin 9 noyabr (November) tarixli nömrəsində dərc edilmiş məlumatda bu ilin yanvar (January) ayının 1-dən oktyabrın (October) 1-dək 829 min 412 erməninin ölkəni tərk etdiyi, 731 min 264 nəfərin isə Ermənistana gəldiyi bildirilmişdir. Hər hansı məlumatı saxtalaşdırmaqda mahir olan ermənilər dünya ictimaiyyətinin gözünə kül üfürmək məqsədilə qəsdən ölkəyə gələnlərin sayını artıq göstərmişdir.

 

Bununla onlar Ermənistanda həyat səviyyəsinin heç də aşağı olmadığını qələmə verməyə çalışmışlar. Əslində isə ailəsini dolandırmaq naminə Ermənistanı tərk edənlərin sayı durmadan artır. Bu ilin on ayında ölkəni tərk edənlərlə Ermənistana gələnlərin sayı arasında yaranmış 98 min 148 rəqəmi bunu sübut edir. Bu rəqəm Ermənistanın imicini (vəchə) hər şeydən üstün tutan dövlət statistika (amar) idərəsi tərəfindən təqdim edilmişdir. Amma əslində Ermənistanı tərk edənlərin sayı bundan qat-qat çoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar