SON XƏBƏRLƏR

Britaniya kəşfiyyatı İrana gözlənilən hücumun vaxtını ifşa edib

2021.10.20, 07:36
Britaniya kəşfiyyatı İrana gözlənilən hücumun vaxtını ifşa edib

Gunaz.tv

GünAz TV: Böyük Britaniya kəşfiyyatı dekabrın (December) sonlarında hava əməliyyatına start veriləcəyi barədə məlumat əldə edib.

 

Böyük Britaniya kəşfiyyatı İsrailin bu ilin dekabr ayının sonlarında, xristianların (məsihi) Yeni İl Bayramına qədər İrana hava zərbəsi endirəcəyi barədə məlumat əldə edib. ABŞ (Amerika Birləşmiş Ştatları) bu əməliyyat zamanı İsrailə təchizat məsələsində yardımçı olacaq. Bu barədə Lent.az “The Daily Mail” qəzetinə istinadən xəbər yayıb.

 

ABŞ-dan fərqli olaraq, Böyük Britaniya bu əməliyyatla bağlı İsrailə birbaşa yardım göstərməyə hazırlaşmır. Buna səbəb odur ki, London hazırda hərbi əməliyyata ehtiyac görmür, İranın neft biznesinə sanksiyalar (təhrim, yaptırım) tətbiq olunmasını yetərli sayır.

 

“The Daily Mail” qəzeti yazıb ki, Böyük Britaniyanın hazırkı hökuməti İranın atom silahı əldə etsə belə, onu tətbiq edəcəyinə inanmır. Böyük Britaniya hökuməti daha çox Səudiyyə Ərəbistanı və Türkiyənin atom silahı əldə etməsi ehtimalından narahatdır və bunun qarşısını almağın mümkün olmayacağından ehtiyatlanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar