SON XƏBƏRLƏR

Polis Güney Azərbaycanda peyk antenalarını toplayır

2021.10.20, 07:36
Polis Güney Azərbaycanda peyk antenalarını toplayır

Gunaz.tv

GünAz TV: İranda bütün vətəndaşlar, xüsusi ilə Güney Azərbaycanlılara qarşı həyata keçirilən informasiya blokadası (mühasirə) və dünyadan təcrid etmə siyasəti sərhəd tanımır.

 

Son məlumata görə, polis qüvvələri Güney Azərbaycanın Meşkinşəhr şəhərində evlərə hücum edib.

 

Məmurlar əllərində məhkəmə hökmü olmadan evlərə daxil olub və peyk antenalarını (mahvarə) toplayıblar. Bu əməliyyat geniş miqyasda həyata keçirilib.

 

Məlumata görə, polis qüvvələri ilə əhali arasında pərakəndə şəkildə mübahisələr yaranıb və xoşagəlməz hallar yaşanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar