SON XƏBƏRLƏR

Suriya hakimiyyəti Türkiyəyə qarşı “Kürd Kartı”ndan istifadə edəcək

2021.10.20, 07:36
Suriya hakimiyyəti Türkiyəyə qarşı “Kürd Kartı”ndan istifadə edəcək

Gunaz.tv

GünAz TV: Fransanın tanınmış qəzetlərindən olan "Le Figaro" Suriya prezidenti Bəşər Əsədin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı kürd kartından istifadə etməyə hazırlaşdığını iddia edib.

Qəzetin iddiasına görə, Əsəd bu ilin aprel ayında "PKK-nın Suriya versiyası" olan  PYD təşkilatının lideri Məhəmməd Saleh Müslimin Suriyaya dönməsinə icazə verərək, ölkənin rəsmi müxalifət hərəkatının ikinci adamı olmasına da yaşıl işıq yandırıb. Ayrıca daha əvvəl PYD-ni təzyiq altında saxlayan Əsədin "ipləri boşaltdığı"nı yazan qəzet, bundan faydalanan təşkilatın bir vətəndaşlar komitəsi meydana gətirmək üçün seçkilər təşkil edərək, "Qərbi Kürdüstan Şurası" seçdiyini vurğulayıb.

GünAz TV mətbuat mərkəzinin “Yeni müsavat”-a istinadən yaydığı məlumata görə, Qəzet ayrıca təşkilatın məqsədinin Əsədin devrilməsi təqdirində muxtar bir kürd dövləti qurmaq olduğunu irəli sürüb. PYD-nin əslində Əsəd rejimini həzz etmədiyi, lakin ondan Türkiyəyə qarşı istifadə etmək üçün Suriya hökumətinin yanında olmağı seçdiyi ifadə edilir. Qəzet Əsədin də  bu vəziyyətdən faydalandığını və "bu şəkildə Ərdoğanı, Suriya mövzusundakı mövqeyi səbəbiylə  cəzalandırmaq istədiyini" yazıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar