SON XƏBƏRLƏR

Bakıda metro stansiyalarının (dayanacaq) sayı 76-ya çatdırılacaq

2021.10.20, 07:36
Bakıda metro stansiyalarının (dayanacaq) sayı 76-ya çatdırılacaq

Gunaz.tv

GünAz TV: 2013-cü ilin sonunadək «Avtovağzal» və «Memar Əcəmi-2» stansiyaları (dayanacaq), 2015-ci ilin sonunadək isə «Həzi Aslanov-2», «Köhnə Günəşli» və «Yeni Günəşli» stansiyaları istifadəyə veriləcək.

Stansiyalar arasındakı məsafə isə 900 metrdən çox olmayacaq. 2030-cu ilədək Bakı Metropolitenində (Metro) yolların ümumi uzunluğunun 119 kilometrə çatdırılması nəzərdə tutulur. Bakı Metropoliteninin Tunel Qurğulari Xidmətinin Rəisi Rizvan Bağirovun sözlərinə görə, 2030-cu ildə stansiyaların sayı 76-ya çatdırılacaq. İstismarda olan 2 xətt genişləndirilərək 5 xətdən ibarət olacaq.

 

Gələcəkdə isə metronun «Sahil», «28 may», «Xətai» stansiyalarının təmirə bağlanması nəzərdə tutulur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar