SON XƏBƏRLƏR

İran əzələ göstərir: “Hərbi gəmilərimiz Amerika sahillərində üzəcək”

2021.10.20, 07:36
İran əzələ göstərir: “Hərbi gəmilərimiz Amerika sahillərində üzəcək”

Gunaz.tv

GünAz TV: Beynəlxalq qaydalara əsasən, hər bir ölkənin hərbi dəniz qüvvələrinin gəmiləri azad sularda üzə bilər.

İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin ABŞ (Amerika Birləşmiş Ştatları) sahillərində üzməsi üçün həm haqqı və həm də gücü var.

Bunu İran Hərbi Dəniz Qüvvələrinin komandiri (fərmandeh) Həbibullah Səyyari beynəlxalq KİV-lərdə (kütləvi informasiya vasitələri) İran hərbi gəmilərinin ABŞ (Amerika Birləşmiş Ştatları) sahillərində üzə bilməməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Bir müddət əvvəl Səyyari İran hərbi gəmilərinin Atlantik okeanına (ətləs iqyanusu)  göndəriləcəyini demişdi.

Bundan sonra beynəlxalq KİV-lər ABŞ rəsmilərinə istinadən məlumat yaymışdılar ki, ABŞ İran gəmilərinin bu ölkənin sahillərindəki azad sularda üzə bilməsini ciddi hesab etmir və İran HDQ-nin gəmiləri bu sulara qədər üzə bilmək iqtidarında deyil.

"Biz həmişə demişik ki, gəmilərimiz azad sularda üzəcək. Beynəlxalq qaydalarda azad sular kimi göstərilmiş hər bir nöqtədə bizim gəmilərimiz üzəcək. ABŞ-ın ərazi sularından sonra bu ölkənin sahillərindəki sular azad sular hesab olunur. Beynəlxalq qaydalara görə, İran HDQ-nin gəmiləri bu sularda üzə bilər", - Səyyari deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar