SON XƏBƏRLƏR

İranın xarici işlər naziri: “Ermənilər İranda xüsusi status və hörmətə malikdirlər”

2021.10.20, 07:36
İranın xarici işlər naziri: “Ermənilər İranda xüsusi status və hörmətə malikdirlər”

Gunaz.tv

GünAz TV: Ermənistan-İran münasibətləri yüksək səviyyədədir və bütün sahələrdə əməkdaşlıq inkişaf edir.

GünAz TV mətbuat mərkəzinin SİA-ya istinadən yaydığı məlumata görə,  bunu Ermənistan parlamentinin sədri Ovik Abramyan İranın xarici işlər naziri Əli Əkbər Salehinin başçılıq etdiyi nümayəndə heyəti ilə İrəvanda keçirdiyi görüşdə deyib.

Parlamentin spikerinin (sədr) sözlərinə görə, mövcud dostluq və işgüzar münasibətlərin dərinləşməsi üçün hər iki ölkənin qarşılıqlı fəaliyyəti önəmli rol oynayıb. Yaxın münasibətlərin formalaşmasında İran və Ermənistan hakimiyyətinin qanunverici qanadı böyük töhfə verib.

İranın xarici işlər naziri isə parlamentlərarası əməkdaşlığın vacibliyini vurğulayıb: "Ermənistan etibarlı qonşu və dostdur”. Salehi həmçinin qeyd edib ki, iki ölkə arasında əlaqələrin gücləndirilməsində İranda yaşayan erməni icmasının böyük rolu olub: "İran erməniləri xüsusi statusa (özəl vəziyyət) və hörmətə malikdirlər".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar