SON XƏBƏRLƏR

Hilları Klintondan yeni açıqlama...

2021.10.20, 07:36
Hilları Klintondan yeni açıqlama...

Gunaz.tv

GünAz TV: ABŞ dövlət katibi (Amerika Birləşmiş Ştatlarının xarici işlər naziri) Hillari Klinton ölkəsinin ərəb baharının təsirilə müsəlman dünyasında yüksələn mühafizəkar partiyalarla çalışa biləcəyini söyləyib.

Vaşqintondakı bir tədbirdə etdiyi çıxışda Klinton Şimali Afrika və Yaxın Şərqdəki demokratik dəyişikliklərə dəstək verdiklərini deyib. Dövlət katibi bildirib ki, mövqeləri tamamilə üst-üstə düşməsə də Vaşiqnton demokratik yollarla seçilən liderlərlə əməkdaşlıq etməlidir. Klinton qanunun aliliyi, qadın haqlarına hörmət kimi fundamental (əsasi, təməl) dəyərlərin müdafiəsində istəkli davranan bütün şəxslərlə və partiyalarla çalışa biləcəklərini vurğulayıb.

Dövlət katibi ərəb baharında Amerikanın rolu olduğunu inkar edib: “İnqilablar bizə aid deyil. Bu inqilablar bizim tərəfimizdən həyata keçirilmədi, bizim üçün və ya bizə qarşı deyil”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar