SON XƏBƏRLƏR

Rusiya İranın nüvə proqramı ilə bağlı yayılan hesabatı tənqid edib, Pentaqon isə...

2021.10.20, 07:36
Rusiya İranın nüvə proqramı ilə bağlı yayılan hesabatı tənqid edib, Pentaqon isə...

Gunaz.tv

GünAz TV: Rusiyanın Xarici İşlər Nazirliyinin saytında yerləşridilmiş bəyanatda deyilir ki, İranın nüvə proqramı ilə bağlı problemlər ətrafında yeni gərginlik mənbəyi yaradılıb.

 

Rəsmi Moskva Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatını tənqid edib və bu hesabatın ictimaiyyətə açıqlanmasının əleyhinə çıxıb.

 

Rusiyanın Xarici işlər nazirliyinin bəyanatında deyilir: “hesabatın geniş ictimaiyyətə açıqlanmasının əsaslı olmasına bizdə ciddi şübhələr var”.

 

Rusiya hesab edir ki, hesabatı öyrənməyə və burda yeni məqamların olmasını müəyyən etməyə vaxt lazımdır.

 

Əvvəlcədən bildirilir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin gəldiyi nəticə dünya ictimaiyyətini İranın nüvə silahına malik olmasına inandırmağa çalışan Qərbə bu ölkəyə qarşı sanksiyalar (təhrim) tətbiq etmək imkanı verəcək.

 

ABŞ Dövlət Departamenti (Amerika Birləşmiş Ştatlarının xarici işlər nazirliyi) artıq bəyan edib ki, İrana qarşı təzyiqləri gücləndirəcək. Bununla belə, Vaşinqton Tehranla hərbi münaqişəyə can atmadığını da xatırladıb. Pentaqon isə İranı ABŞ üçün Yaxın Şərqdə “ən böyük təhlükə” adlandırıb.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar