SON XƏBƏRLƏR

Ermənilər işğal altındakı Xankəndi hava limanını işə salmağa hazırlaşırlar

2021.10.20, 07:36
Ermənilər işğal altındakı Xankəndi hava limanını işə salmağa hazırlaşırlar

Gunaz.tv

GünAz TV: Azərbaycan hökumətinin xəbərdarlıqlarına baxmayaraq, ermənilər işğal altında saxladıqları Xankəndi hava limanını (frudqah) işə salmağa hazırlaşırlar.

Ötən həftənin sonlarında hava limanının uçuş-enmə zolağının gecə işıqlandırma sistemi sınaqdan keçirilib. Bu barədə APA Ermənistan kütləvi informasiya vasitələrinə istinadən məlumat yayıb.

Hava limanının uçuş-enmə zolağının uzunluğu 2300 m, eni isə 20 metrdir. Xankəndi hava limanından ilk dövrdə İrəvana reyslərin (xətt, uçuş) təşkili planlaşdırılır (tərhi tökülür). İlin əvvəlindən aparılmış işlər nəticəsində hava limanına böyük təyyarələrin enməsi üçün uçuş-enmə zolağı genişləndirilib, həmçinin yaxındakı təpənin zirvəsi hamarlanıb.

Qeyd edək ki, ermənilər 2008-ci ildə hava limanının əsas binasının tikintisinə başlayıblar. Hava limanının açılışı bu il may ayının 9-na planlaşdırılsa da, texniki səbəblər əsas gətirilərək, açılış qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Azərbaycan Dövlət Mülki Aviasiya (havacılıq) Administrasiyası (dəftərxana) isə bəyan edib ki, işğal altında olan Azərbaycan ərazilərində hava limanının tikintisi və Xankəndinə digər ölkələrdən rəsmi Bakının icazəsi olmadan təşkil olunacaq uçuşlar qeyri-qanunidir. Rəsmi Bakı icazə olmadan Xankəndinə uçan təyyarələrə qarşı fiziki məhvetmə də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulan tədbirləri görəcəyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar