SON XƏBƏRLƏR

Urmulu siyasi fəala ölüm cəzası verilib

2021.10.20, 07:36
Urmulu siyasi fəala ölüm cəzası verilib

Gunaz.tv

GünAz TV: Urmulu siyasi fəal  Behruz Alxani edama məhkum olunub.

İranın İnsan Haqları Fəallarının Xəbər Agentliyi yaydığı məlumatda bildirir ki, Əkbər Əkbərpurla birlikdə həbs edilən Behruz Alxani bir il ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinin təcridxanasında saxlanılıb. İşgəncələrə məruz qalan müttəhimlər Urmu şəhərinin İnqilab Məhkəməsində mühakimə olunub. İnqilab Məhkəməsi Alxanini edama və Əkbərpuru 13 il həbs cəzasına məhkum edib.

Xəbər mənbələri onlara qarşı irəli sürülən ittihamlar barədə məlumat vermir. Bəzi məlumatlarda onların İran hökuməti əleyhinə qruplarla əməkdaşlıqda günahlandırıldığı bildirilir.  Xəbərlərdə onların vəkillə təmin edilib-edilmədiyindən bəhs edilmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar