SON XƏBƏRLƏR

Amerika İranla bağlı tərəfdaş ölkələrə çağırış edəcək

2021.10.20, 07:36
Amerika İranla bağlı tərəfdaş ölkələrə çağırış edəcək

Gunaz.tv

GünAz TV: ABŞ Administrasiyası (Amerika Birləşmiş Ştalarının hökuməti) İran Mərkəzi Bankına qarşı sanksiyaların (təhrim) tətbiqindən imtina edib.

 

Buna səbəb kimi belə sanksiyalar nəticəsində neft təchizatında problemlərin yaranması və dünya neft bazarında qiymətlərin artması ehtimallarının olduğu göstərilir.

 

Qeyd edək ki, sanksiyaların tətbiqi əvəzində ABŞ-ın tərəfdaş ölkələrdən İranla münasibətləri dondurmağı tələb edəcəyi gözlənilir.

 

ABŞ-ın sanksiyalarla bağlı qərarı regionda (bölgə) gərginliyin artması fonunda (zəminində) baş verib. Yaxın günlərdə MAQATE (atom enerjisi üzrə beynəlxalq agentlik) İranla bağlı növbəti hesabatını açıqlayacaq və orada İranın nüvə silahının yaradılmasına yaxınlaşması qeyd olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar