SON XƏBƏRLƏR

Türkiyədə Azərbaycan sərmayəsi ilə 1000 şirkət qurulub

2021.10.20, 07:36
Türkiyədə Azərbaycan sərmayəsi ilə 1000 şirkət qurulub

Gunaz.tv

GünAz TV: Türkiyədə yaradılmış 28 500 xarici şirkətdən 1000-i Azərbaycan vətəndaşları tərəfindən qurulub.

Bu şirkətlərin mütləq əksəriyyəti İstanbul və Antalya bölgələrində fəaliyyət göstərir.

“Habertürk” qəzeti Türkiyənin dövlət qurumlarına əsaslanaraq, ölkədə əcnəbi kapitalla qurulmuş şirkətlərin yeni statistikasını (amar) açıqlayıb.

Məlumata görə, açıqlanan siyahıda ilk üçlüyə Almaniya (4 688 şirkət), Böyük Britaniya (2 345 şirkət) və Hollandiya (1 981 şirkət) daxildir.

Siyahıda Azərbaycan kapitalı ilə qurulan şirkətlərin  sayının artıq 1000-ə çatdığı göstərilir. Bu, bölgə dövlətləri arasında İrandan (1 945) sonra ən yüksək göstəricidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar