SON XƏBƏRLƏR

İslam Əliəkbərlu azadlığa buraxılıb

2021.10.20, 07:36
İslam Əliəkbərlu azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal İslam Əliəkbərlu 11 gün saxlanıldıqdan sonra Xoy şəhərinin mərkəzi zindanından azadlığa buraxılıb.

 

Dünən (Noyabrın 6-ı , Abanın 15-ı) zindandan sərbəst buraxılan milli-mədəni fəal təxminən 10000 dollarlıq (10 milyon tümənlik) mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

 

Qeyd edək ki, adını çəkdiyimiz milli-mədəni fəal saxlanıldığı müddətdə dəfələrcə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinin təcridxanasına aparılıb və ağır cismi-ruhi təzyiqlər altında sorğu-suala tutulub. Müttəhim bütün ittihamları rədd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar