SON XƏBƏRLƏR

İsrail kəşfiyyatı: “İran nüvə silahını yaratmaq üzrədir”

2021.10.20, 07:36
İsrail kəşfiyyatı: “İran nüvə silahını yaratmaq üzrədir”

Gunaz.tv

GünAz TV: İran yeni bir təhlükəli addım atıb - nüvə başlığını hərəkətə gətirəcək mexanizmin sınağını həyata keçirib.

Bu barədə beynəlxalq media quruluşları xəbər yayıb. Bildirilir ki, bundan başqa, İran malik olduğu ballistik raketlərin konstruksiyasını (saxt) dəyişdirib.

Londonda çıxan "Sandi tayms" qəzeti yazır ki, İsrailin kəşfiyyat xidməti Tehranın nüvə proqramının başa çatmaq üzrə olduğunu və nüvə silahı yaratmağın bir addımlığa gəldiyini sübut edən yeni məlumatlar əldə edib.

Ehtimal olunur ki, MAQATE (atom enerjisi üzrə beynəlxalq agentlik) noyabrın (November) 9-da İranın nüvə energetikası proqramına həsr olunmuş növbəti hesabatını yayacaq. Qəzet yazır ki, bu hesabat Tehrana münasibətin dəyişməsinə səbəb olacaq.

Qeyd edək ki, İranın nüvə obyektlərinin (təsisat) vurulması məsələsi son günlər olduqca aktuallaşıb (fəallaşıb) və artıq prosesin (sürəc) geriyədönməz xarakter (mahiyyət) aldığı bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar