SON XƏBƏRLƏR

Azərbaycanda daha bir avtomobil modeli istehsal olunacaq

2021.10.20, 07:36
Azərbaycanda daha bir avtomobil modeli istehsal olunacaq

Gunaz.tv

GünAz TV: Azərbaycanın Naxçıvan Avtomobil Zavodu (karxanə) “NAZ” yeni modelin istehsalına hazırlaşır.

Bu barədə Naxçıvan Avtomobil Zavodunun (NAZ) rəsmi nümayəndəsi Murad Feyzullayev məlumat verib.

M.Feyzullayev bildirib ki, 2012-ci ilin sonundan etibarən müəssisədə yeni “Lifan 720” sedanının  istehsalına başlanacaq.

Hazırda zavodda “Lifan 320”, “Lifan 520” və “Lifan 620” avtomobil modellərinin yığıldığını bildirən şirkət nümayəndəsi sözlərinə əlavə edib ki, gələn ilin I rübündən (birinci 3 ay) etibarən isə müəssisədə “Lifan SUV” krossoverlərinin istehsalına başlanılacaq.

“Yaxın gələcəkdə zavodda yığılacaq bütün avtomobillər avtomatlaşdırılmış (xodkar, otumatik) sürət qutusu (cəbə dəndə) ilə təchiz olunacaq. Hazırda NAZ-da yığılan bütün avtomobil modellərinin sürət ötürmə qutusu mexanikidir” – deyə, M.Feyzullayev qeyd edib.

Qeyd edək ki, NAZ 2010-cu ildən fəaliyyət göstərir. Müəssisə ilə Çinin Lifan Avtomobil Korporasiyası (şirkət) arasında 2009-cu ildə imzalanan əməkdaşlıq sazişi çərçivəsində Naxçıvan zavodunda “Lifan” avtomobil modelləri istehsal olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar