SON XƏBƏRLƏR

Mərhum Cəfərzadə ailəsinin 40-cı günü mərasimi qeyd olunub- FOTO

2021.10.20, 07:36
Mərhum Cəfərzadə ailəsinin 40-cı günü mərasimi qeyd olunub- FOTO

Gunaz.tv

GünAz TV: Xoy şəhərinin Biləvar kəndində mərhum Cəfərzadə ailəsinin vəfatının 40-cı günü münasibəti ilə mərasim keçirilib.

 

Tanınmış azərbaycanlı fəal İbrahim Cəfərzadə, həyat yoldaşı Mina Kəhrübayi və 1 yaşlı övladları Ayla Cəfərzadəyə həsr olunmuş mərasim noyabrın 7-də (abanın 16-da) qeyd olunub.

 

2000 nəfərdən çox iştirakçının qatılımı ilə keçirilən mərasim təhlükəsizlik qüvvələrinin nəzarəti altında keçirilib. Mərasim iştirakçıları mərhumların məzarı üstünə gül dəstələri qoyub, ruhlarına dualar oxuyublar.

 

Mərhum İbrahim Cəfərzadənin ailəsi onun fikirdaşları ilə Mərasimin necə keçirilməsini müzakirə ediblər. Lakin, təhlükəsizlik qüvvələri onları təhdid edərək, istədikləri şəkildə mərasimin düzənlənməsinə imkan verməyiblər. Bununla əlaqədar bir neçə yerli milli-mədəni faəl o cümlədən Əta Abbaszadə və Abbas Vətənxah bir neçə saat saxlanılıblar.

 

Qeyd edək ki, adını çəkdiyimiz ailə sentyabrın 26-ı (mehrin 4-ü) yol qəzası nəticəsində dünyalarını dəyişiblər.

 

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar