SON XƏBƏRLƏR

Behnam Şeyxi mülki vəsiqə qarşılığında azadlığa buraxılıb

2021.10.20, 07:36
Behnam Şeyxi mülki vəsiqə qarşılığında azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Tanınmış azərbaycanlı fəal Behnam Şeyxi, 25 gün saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılıb. 

 

O, həbs müddətini Tehranın Evin zindanının təknəfərlik kameraları (selull), Təbriz  ETTELAATının təcridxanası və Təbrizin mərkəzi zindanının karantin bəndində (bölüm) keçirib.

 

Oktyabr ayının 12-i (mehrin 20-i) Tehranda öz evində təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanan azərbaycanlı fəal, noyabrın 5-i (abanın 14-ü) Təbrizin mərkəzi zindanından təxminən 50000 dollarlıq (50 milyon temənlik) mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

 

Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı milli-mədəni fəal təhlükəsizlik qüvvələri tərəfindən surğu-suala tutularkən bədəninin müxtəlif nahiyyələrindən işgəncələrə məruz qalıb. İşgəncələrin izi hələdə görünməkdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar