SON XƏBƏRLƏR

Abbas Lisani mülki vəsiqə qarşılığında azadlığa buraxılıb

2021.10.20, 07:36
Abbas Lisani mülki vəsiqə qarşılığında azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Tanınmış azərbaycanlı fəal Abbas Lisani Ərdəbilin İnqilab Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

 

Lisani, 55 gün Ərdəbil ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinin təknəfərlik kamerasında (sellul) saxlanıldıqdan sonra təxminən 100000 dollarlıq (100 milyon tümənlik) mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

 

Bu gün sərbəst buraxılan Lisani, sentyabrın 9-ü (şəhrivərin 18-i) Urmu Gölü ilə bağlı kütləvi etiraz yürüşlərinin keçirildiyi ərəfədə tutuqlanmışdır. O, Güney Azərbaycanın Ərdəbil şəhərində ETTELAAT məmurları tərəfindən yaxalanmışdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar