SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Saman Cahanpur məhkəməyə çağırılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Saman Cahanpur məhkəməyə çağırılıb

Gunaz.tv

GünAz TV: Urmu Gölü ilə bağlı keçirilən kütləvi etiraz yürüşləri zamanı tutuqlanan azərbaycanlı fəal Saman Cahanpur Təbrizin İnqilab Məhkəməsinə çağırılıb.

 

O, dekabrın 13-ü (azərin 22-i) məhkəməyə müraciət etməlidir. Məlumata görə, azərbaycanlı fəal mühakimə edilib və barəsində son qərar çıxarılacaq.

 

Xatırladaq ki, Saman Cahanpur Urmu Gölünün qurudulması siyasətinə qarşı həyata keçirilən Kütləvi Etiraz Yürüşü zamanı, sentyabrın 3-ü (şəhrivərin 12-i) Təbrizdə tutuqlanıb, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında 2 həftə sorğu-suala tutulub və işgəncə edildikdən sonra, mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar