SON XƏBƏRLƏR

Rus millətçiləri yürüş keçirib

2021.10.20, 07:36
Rus millətçiləri yürüş keçirib

Gunaz.tv

GünAz TV: Aksiya (yürüş) "Rusiya ruslar üçün!" şüarı altında baş tutub.

Moskvada “Rus marşı” adlı yürüşdə 7 min millətçi iştirak edib. Millətçilər Lublino rayonun  (məhəllə, məntəqə) Pererva küçəsində yolu kəsib.

 Yürüşlər "Ruslar" və digər millətçi hərəkatların liderlərinin başçılığı altında keçirilib.

Millətçilər mitinqdə "Rusiya ruslar üçün!", “Qafqazlılara çörək yox!”, “Hakimiyyət ağlara!”, “Oğru və dələduzlar hakimiyyətdən getsin” kimi müxtəlif ekstremist xarakterli (radikal mahiyyətli) şüarlar səsləndirib.

Verilən məlumatlara görə, millətlərarası münasibətlərin qızışdırılmasında təqsirli bilinən “Rus marşı”nın təşkilatçılarından biri Konstantin Krılov həbs olunub.

GünAz TV mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, Millətçilər eyni zamanda Kalininqraq, Saratov, Krasnodar, Novosibirsk, Tula, Samarada da yürüşlər keçiriblər.

Qeyd edək ki, noyabrın (November) 4-də  Rusiyada xalq birliyi günü qeyd edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar