SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanında şiə üsyanı başlayıb; Ölən və yaralılar var

2021.10.20, 07:36
Səudiyyə Ərəbistanında şiə üsyanı başlayıb; Ölən və yaralılar var

Gunaz.tv

GünAz TV: Bazar günü Səudiyyə Ərəbistanının Katif şəhərində şiə din xadimi Şeyx əl-Nimrin saxlanılması qarşıdurmaya yol açıb.

təhlükəsizlik qüvvələri şiələrlə qarşıdurma zamanı atəş açıb, 2 nəfər həyatını itirib, onlarla insan yaralanıb. Bu barədə Lent.az Türkiyənin NTV telekanalına istinadən məlumat yayıb.

 Səudiyyə Ərəbistanının rəsmi SANA agentliyinin yaydığı məlumatda qeyd olunur ki, Şeyx əl-Nimr hökumətlə ölkənin şiə azlığı arasında gərginliyin yüksəldiyi bir bölgədə silahlı atışma və qəza ilə bitən avtomobil təqibi nəticəsində saxlanılıb. Xəbərdə ayağından yaralanan Şeyx əl-Nimrin ölkənin şərqində kütləvi iğtişaş yaratmağa çalışdığı vurğulanır.

 Qeyd edək ki, Səudiyyə Ərəbistanının əhalisinin 85 faizi sünni, 15 faizi şiədir. İki aydır ki, ölkənin şərq bölgələrində gərginlik hökm sürür. Şeyx əl-Nimr hələ 2009-cu ildə bəyan edib ki, Səudiyyə Ərəbistanı rəsmiləri şiələrə qarşı ayrı-seçkiliyi davam etdirərlərsə, problemlər həllini tapmazsa, şiələrin müstəqilliyi uğrunda hərəkata liderlik edəcək. Səudiyyə Ərəbistanı hakimiyyəti isə şiə üsyanında İranın rolu olmasından şübhələnir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar