SON XƏBƏRLƏR

Ermənistan hakimiyyətində istefalar davam edir

2021.10.20, 07:36
Ermənistan hakimiyyətində istefalar davam edir

Gunaz.tv

GünAz TV: Ermənistan mətbuatında Məhkəmə Qərarlarının İcrası İdarəsinin rəisi Ayk Arutyunyanın istefa verdiyi barədə xəbərlər yayılıb.

 

Qeqarkunik vilayətinin qubernatoru Nver Poqosyan və Vayoçdzor vilayətinin qubernatoru (vali, Ostandar) Sergey Baqratyan da istefa verməyə hazırlaşır. Hər iki şəxs “Çiçəklənən Ermənistan” partiyasının nümayəndəsidir. Bu barədə APA “Aykakan Jamanak” qəzetinə istinadən xəbər yayıb.

 

“Aykakan Jamanak” üç gün əvvəl istefaya göndərilmiş Ermənistan Polisinin sabiq rəhbəri Alik Sarsyan Qeqarkunik vilayətinə qubernator təyin olunacağını yazıb. Tert.am saytının yazdığına görə, Ermənistan Prezidenti Nəzarət Xidmətinin rəhbəri Ovannes Ovsepyan, və “Çiçəklənən Ermənistan” partiyasından olan nazirlər də tutduqları vəzifələrdən istefa verəcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar