SON XƏBƏRLƏR

Suriyada yenə qan tökülüb

2021.10.20, 07:36
Suriyada yenə qan tökülüb

Gunaz.tv

GünAz TV: Suriyada hökumət qüvvələrilə nümayişçilər arasında toqquşmalar davam edir. Toqquşmalarda daha 13 nümayişçi öldürülüb.

Dünən cümə namazından sonra küçələrə çıxaraq Bəşər Əsəd rejiminin istefasını tələb edən kütləyə növbəti dəfə atəş açılıb. Ən azı 13 nümayişçinin həlak olduğu bildirilir. İnsanların tanklardan, pulemyotlardan (müsəlsəl) atəşə tutulduğu bildirilir. Bu barədə Milli.Az xəbər portalı Rusiya mətbuatına istinadən xəbər yayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Bəşər Əsəd Ərəb Dövlətləri Liqasının (ərəb ittihadiyyəsi) barışıq planını (tərh) qəbul etdiyini, plana əsasən ordu hissələrinin şəhərlərdən və digər yaşayış məntəqələrindən çıxarılacağını bildirmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar