SON XƏBƏRLƏR

Şimon Peres İranı müharibə ilə hədələdi

2021.10.20, 07:36
Şimon Peres İranı müharibə ilə hədələdi

Gunaz.tv

GünAz TV: İsrail prezidenti Şimon Peres sensasion bəyanatla çıxış edib. O, bildirib ki, "İsrail indi İranın nüvə proqramının hərbi yolla həllinə daha yaxındır, nəinki diplomatik yolla"

İndiyədək ən müxtəlif səviyyələrdə İranla müharibə istəyində olmadığını bəyan edən yəhudi dövlətinin başçısı yerli KİV-ə (kütləvi informasiya vasitələri) müsahibəsində bunun tam əksini deyib.

"İsrail indi İranın nüvə proqramının hərbi yolla həllinə daha yaxındır, nəinki diplomatik yolla, - deyə Peres qeyd edib. - Görünür, İran nüvə silahı əldə etməyə yaxınlaşır. Vaxtdır. Beynəlxalq ictimaiyyət məsələyə diqqəti artırmalıdır. Bu, yalnız sanksiyalar (təhrim) deyil. İranı dayandıracaq yollara əl atılmalıdır. Bu vasitələr həddindən artıq çoxdur. Amma onların detallarını (coziyyat, təfərrüat) açıqlamaq istəməzdim".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar