SON XƏBƏRLƏR

Milli-mədəni fəalların mühakiməsi davam etdiriləcək

2021.10.20, 07:36
Milli-mədəni fəalların mühakiməsi davam etdiriləcək

Gunaz.tv

GünAz TV: Dünən Təbrizin Qumtəpə məsəlləsində iftar mərasimi zamanı tutulan milli-mədəni fəalların 15-nin məhkəmə iclası keçirilib.

 

Bununla bağlı dünən yaydığımız xəbərdə bəzi məqamlara işarə olunub.

 

Təbrizin inqilab məhkəməsinin 1-ci şöbəsi milli-mədəni fəalların ittihamlarına baxıb. Onların bəziləri ölkə təhlükəsizliyinin əleyhinə toplaşmaq, bəziləri isə qeyri-qanuni qruplarla əməkdaşlıqda günahlandırıb.

 

 Musa Bərzin, Həsən Ərk, Mustafa Əvəzpur, Mehdi Nuri, Tağı Sələhşur və Mehdi Həmidi özlərini müsafiə edib və irəli sürülən ittihamı rədd ediblər.

 

Müttəhimlər yaxalanarkən qanunsuz hərəkətlər və ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında təhqir və işgəncə olduqlarından şikayətləniblər.

 

Vaxtın sona çatdığı üçün milli-mədəni fəalların məhkəmə iclası ərtələnib. Onların məhkəməsi noyabrın 13-də (abanın 22-də) davam etdiriləcək.

 

Mühakimə zamanı milli hərəkat fəallar və tutuqlu fəalların ailəsindən ibarət 70 nəfər soydaşlarımızda, məhkəmə çəvrəsinə gəliblər. Milli-mədəni fəallar öz tərəfdarlarını görüncə onların qarşısında baş əyiblər. Buda böyük alqışlarla qarşılanıb və milli şüarların səsləndirilməsinə səbəb olub.

 

Xatırladaq ki, sözü gedən azərbaycanlı mill-mədəni fəallar avqustun 24-ü (şəhrivərin 2-i) Urmu Gölü məsələsini müzakirə edərkən, Təbrizin Qumtəpə məhəlləsində iftar çərasimi zamanı tutuqlanıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar