SON XƏBƏRLƏR

Salehi və Davudoğlu Suriyadakı durumu müzakirə ediblər

2021.10.20, 07:36
Salehi və Davudoğlu Suriyadakı durumu müzakirə ediblər

Gunaz.tv

GünAz TV: İran Dövlət Teleradiosunun verdiyi məlumata görə, İstanbulda keçirilən “Əfqanıstan Təhlükəsizliyi” ilə bağlı iclas çərçivəsində İranın Xarici İşlər naziri Əliəkbər Salehi və Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu Suriya ilə bağlı siyasi böhranı müzakirə ediblər.

Müzakirələrin Suriya ilə bağlı olduğu bildirilsə də, nələrin danışıldığı barədə məlumat verilmir.

 

Qeyd etmək lazımdır ki, İran və Suriya regionda (bolgədə) iki yaxın müttəfiq ölkə hesab olunur. Əvvəllər Türkiyə ilə Suriyanın münasibətləri yüksək səviyyədə olsa da, bu ölkədə baş verən hadisələrdən sonra Türkiyənin Suriya ilə münasibətləri gərginləşib. Türkiyə Suriyada baş verənlərə görə Bəşar Əsəd hakimiyətini ciddi şəkildə pisləyib və dinc sakinlərə qarşı şiddət göstərilməsini sərt tənqid edir.

 

Xatırladaq ki, Suriyada olan siyasi böhran 7 ay əvvəl başlayıb və bu müddət ərzində rejim öz müxaliflərinə qarşı şiddət tətbiq edərək 2000-dən çox nümayiş iştirakçısını həlak edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar