SON XƏBƏRLƏR

İftar mərasimi zamanı tutulan 15 nəfər azərbaycanlı fəalın məhkəmə iclası keçirilib

2021.10.20, 07:36
İftar mərasimi zamanı tutulan 15 nəfər azərbaycanlı fəalın məhkəmə iclası keçirilib

Gunaz.tv

GünAz TV: Bu gün (noyabrın 3-ü , abanın 12-i) saat 09:00-da iftar mərasimi zamanı tutulan 15 nəfər azabaycanlı fəalın məhkəmə iclası keçirilib.

 

Təbrizin İnqilab məhkəməsinə gətirilən tutuqluların ailəsidə məhkəmənin zalına (salon) toplaşıblar. Lakin tutuqlulara ailələri ilə heç bir əlaqə yaratmağa icazə verilməyib.

 

Kürddilli əsgər ailələri zaldan çıxarmağa çalışarkən tərbiyyəsiz ifadələr işlədib və kobud rəftarlar göstərib. Dosyelərə hakim Ruhullah Yusifi baxıb.

 

Vəkillər isə Yusif Molayi, Seyid Məhəmmədrza Fəqihi və Abbas Camalidən ibarət olub. Məhkəmə zalına müttəhim və vəkillərdən başqa kimsə buraxılmayıb. Hələlik bu barədə başqa məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar