İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
“Mələvan” və “Traxtur” komandalarının oyunu azarkeşlərin Güney azərbaycanlı türklərin kimliyinə qarşı irqçi şüarlarına görə ləğv edildi
Mehrdad Əxlaqi İranın müdafiə naziri oldu
Ərəb Körfəzi Əməkdaşlıq Şurası: Tehranın addımları Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini hədəfə alır
Ermənistan işğalından Xudafərin körpüsünün azad edilməsindən altı il ötür
Vens: Müharibə davam etməlidir
Həsənu meşələrinə mədən texnikası yenidən qayıdır: Yəzdin Ərdəkan Polad Şirkəti və İranın Atom Enerjisi Təşkilatının adı çəkilir
Kürd “Ronahi” komandasının üzvlərinin Qoşaçayın “Ümidafrin” komandasının üzvlərinə hücumu (Video)
Netanyahu: İran rejimi xərçəng kimidir, ondan qurtulmasaq, geri qayıdacaq
İsrail müdafiə naziri: İranla işimiz bitməyib, bu dəfə enerji obyektlərini də hədəfə alacağıq
Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Fridrix Merts: Almaniya İsrailin yanındadır
Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Traxturun qapıçısı 2026-cı ilin Asiyada ən yaxşı kişi futbolçusu mükafatına namizəd olub
Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!
Yəmən İrana: Silahlarınızı ölkəmizdən çıxarın, işlərimizə qarışmayın!
İranın Pakistanla quru sərhədi bağlandı
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
Tramp ABŞ, Rusiya və Çin arasında nüvə sazişinin mümkünlüyündən danışıb
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Ərəb Liqası husilərin Yəməndə hökumət və mülki obyektlərə hücumlarını pisləyib
Ankara Universitetində Məhəmmədtəqi Zehtabinin anım mərasimi keçiriləcək
İki şəhədə beş məhbus edam edildi
Vens: İranla bağlı hərbi qərarlarda Trampla mövqelərimiz üst-üstə düşür
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Soyuqbulaqda yol qəzası- Ölən və yaralananlar var
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
GünAz TV: İrandan Azərbaycana yönəlik növbəti təhdid “Hizbullah”ın İran qolu olan “Ənsari-Hizbullah” təşkilatından gəldi.
Qurumun Təbriz nümayəndəliyinin baş katibi Höccətülislam Ruhulla Becani bildirib ki, noyabrın (November) 4-də Azərbaycan Respublikasının (cümhuriyyət) Təbrizdəki baş konsulluğunun binası qarşısında etiraz aksiyası (göstəri, mitinq) keçiriləcək.
O deyib ki, Təbriz gəncləri sionizmin istiqaməti ilə icra olunan Azərbaycan Respublikasının anti-islami siyasətlərinə etiraz olaraq bu respublikanın Təbrizdəki baş konsulluğunun fəaliyyətini dayandıracaq, işçilərini binadan çıxaracaqlar.
“Alim və böyük şəxsiyyətlər indiyə qədər bu işi qadağan etmişdilər və ümid edirdilər ki, Azərbaycan Respublikası rəsmiləri bu anti-islami hərəkətlərdən əl çəkəcək, bu addımlarından çəkinəcək” - deyə “Hizbullah” təmsilçisi bəyan edib.
Ekspertlərin (karşünas) fikrincə, Azərbaycanın diplomatik nümayəndəliyinə ünvanlanmış hədə çox ciddi qəbul edilməli və bunun qarşılığında ciddi qabaqlayıcı tədbirlərə əl atılmalıdır.
REAL-ın həmsədri İlqar Məmmədov hesab edir ki, deyəsən, İranda bəzi adamlar ağlını itirib: “Artıq bizi hücumla hədələyirlərsə, başqa nəticəyə gəlmək mümkün deyil. Əslində Azərbaycanın İranı hədələyəsi daha çox sahə var. Amma Azərbaycan diplomatik çərçivələr daxilində hərəkət edir. Ona görə də İrandakı bu tip adamlar nə qədər tez ağıllarını başlarına yığsa, o qədər yaxşıdır. Azərbaycan dinmirsə, bu, o demək deyil ki, Azərbaycanın qaldıracağı məsələlər yoxdur”.
Politoloq düşünmür ki, İrandan gələn sərt mesaj Azərbaycanda Tehrana qarşı yönəlmiş hansısa hazırlıqlarla bağlıdır: “Əslində belə hazırlıq yoxdur. Amma fakt (gərçək) budur ki, İran Rusiya ilə xarici siyasətini kifayət qədər əlaqələndirir. Bunu Xəzər dənizi, ermənilərə dəstək məsələlərində də görürük. Ermənistanın havadarı İranla sıx əlaqəsi olan Rusiyadır. İranın bu təhdidləri ola bilsin ki, Kremllə (kremlin) əlaqələndirilmiş məsələdir. Son günlər Rusiya mediasında da Azərbaycana qarşı kampaniya aparılır. Son vaxtlar Kreml tərəfindən nəzarət olunan rus mediası bir mənasız erməninin AZAL-ın uçağına buraxılmamasından yazır. Bu mənada demək olar ki. Azərbaycana qarşı Rusiya və İrandan əlaqələndirilmiş informasiya hücumları həyata keçirilir, media zərbələri vurulur. Bu ölkələr əvvəllər də Azərbaycan, Qafqaza yönəlik addımlarını əlaqələndirirdilər”.
İ.Məmmədov rəsmi Bakının məsələyə reaksiya (əksüləməl) verməsini zəruri sayır: “İran rəhbərliyinin diqqətinə çatdırılmalıdır ki, belə şeylərə yol vermək olmaz. Əks təqdirdə, Azərbaycan milli fəallarının İranda qaldıracağı çox məsələlər var”.
Deputat (millət vəkili) Fəzail Ağamalı “Hizbullah”dan gələn hədəni kifayət qədər ciddi məlumat sayır: “Mən bu xəbəri oxuyub həm təəccüb, həm təəssüf elədim, həm də kifayət qədər narahatçılıq keçirdim. Çünki molla rejimində məsələlərin sonrakı gedişi məntiqə vurulmur, addımlar emosiya (həyəcan) ilə atılır. Həmin addımlar isə həm özləri, həm də digərləri üçün ciddi problemlər yaradır. Əgər belə bir məsələ öz təsdiqini tapsa, yəni o aksiya baş tutsa, baş konsulluğumuz İrandakı keçmiş ABŞ (Amerika Birləşmiş Ştatları) konsulluğunun gününə salınsa, bunun nə dərəcədə ağır nəticələr verəcəyini təsəvvürümə gətirə bilmirəm. Bu, əslində iki ölkə arasında münasibətlərin kəsilməsinə gətirə və ciddi qalmaqala səbəb ola bilər. Ona görə də bu məsələ dəqiqləşdirilməlidir”.
F.Ağamalı qeyd etdi ki, əslində onların Azərbaycana qarşı bu cür qərəzli, həqiqətə uyğun olmayan addım atmasına əsas yoxdur: “Çünki Azərbaycanda onların dediyi kimi, sionist hakimiyyəti, sionist mühiti yoxdur. Biz əgər müsəlman ölkəsi olaraq dünyanın bütün ölkələri ilə əməkdaşlıq ediriksə, bu, İranı qıcıqlandırmalı deyil. Necə ki, İran hərtərəfli şəkildə Ermənistana qucaq açır və Ermənistanı yaşadan molla rejimidir”.
Deputat bildirdi ki, təhlükə ilə bağlı təcili tədbirlər görülməlidir: “Noyabrın (November) 4-nə bir gün qalıb. Bu gündən gec olmayaraq XİN (xarici işlər nazirliyi) səviyyəsində İran hökumətindən yayılmış bəyanata rəsmi münasibət alınmalıdır”.
XİN-in mətbuat katibi Elman Abdullayev bildirdi ki, məsələ rəsmi Bakının diqqətindədir: “Məsələ daim bizim diqqətimizdədir və araşdırılır”.
Nazirlik rəsmisi Tehranla mütəmadi müzakirələrin aparıldığını desə də, detalları (coziyyat) barədə konkret (açıq, şəffaf) məlumat açıqlamadı: “Bizim üçün təhlükəsizlik məsələsi mühümdür. Bütün səfirliklərimizin və baş konsulluqlarımızın təhlükəsizliyinə həmişə yüksək diqqət yetiririk”.
Təbriz konsulluğunun şəxsi heyətinin müvəqqəti də olsa, geri çağırılması gözləniləndirmi? E.Abdullayev: “Bu barədə hələlik heç bir qərar qəbul olunmayıb. Ancaq biz Təbrizdəki konsulluğumuzun təhlükəsizlik məsələsini daim diqqətdə saxlayırıq”. Yeni müsavat
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Milli fəalara əlavə cəzalar verildi
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Rusiyalı mütəxəssislər İrana getdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir