SON XƏBƏRLƏR

Əli Əkbər Salehi: “İsraillə müharibəyə hazırıq”

2021.10.20, 07:36
Əli Əkbər Salehi: “İsraillə müharibəyə hazırıq”

Gunaz.tv

GünAz TV: İran İsraillə müharibəyə hazırdır. Belə bir bəyanatla İranın xarici işlər naziri Əli Əkbər Salehi Türkiyənin “Hürriyet” qəzetinə müsahibəsində deyib.

 

“İsrail bütün vaxtlar İranı hədələyir, burada yeni heç nə yoxdur”,- deyən Salehi xüsusi olaraq İsrailə xəbərdarlıq edib. O, deyib ki, İran istənilən təcavüzkar cəhdə sərt cavab verəcək: “Biz özümüzə çox əminik və ölkəmizin müdafiəsinə hazırıq”.

 

Xatırladaq ki, bir müddət əvvəl İran ordusunun komandiri (fərmandeh), general Həsən Firuz Abadi İsrail KİV-də (kütləvi informasiya vasitələri) İranın nüvə obyektlərinə (təsisat) mümkün zərbələrin edirilməsi ilə bağlı yazılan məlumatlara kəskin cavab vermişdi: “Ölkəmizə qarşı istənilən təhlükə olarsa, İran İsraili cəzalandıracaq, özü də gözlənilmədən cəzalandıracaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar