SON XƏBƏRLƏR

Azərbaycan ordusu daha bir şəhid verdi

2021.10.20, 07:36
Azərbaycan ordusu daha bir şəhid verdi

Gunaz.tv

GünAz TV: Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan ordusu cəbhə xəttində daha bir şəhid verid.

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın (November) 2-də saat 13.55-dən 14.05-dək Goranboy rayonunun (şəhər, bölgə) Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən saat 15.00-dan 15.05-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat (otomatik)  və pulemyotlardan (müsəlsəl) atəşə tutublar.

 

Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun zabiti (əfsər), leytenant (sitvan), 1986-cı il təvəllüdlü Əliyev Emin Elmar oğlu şəhid olub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya məlumat verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar