İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
“Mələvan” və “Traxtur” komandalarının oyunu azarkeşlərin Güney azərbaycanlı türklərin kimliyinə qarşı irqçi şüarlarına görə ləğv edildi
Mehrdad Əxlaqi İranın müdafiə naziri oldu
Ərəb Körfəzi Əməkdaşlıq Şurası: Tehranın addımları Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini hədəfə alır
Ermənistan işğalından Xudafərin körpüsünün azad edilməsindən altı il ötür
Vens: Müharibə davam etməlidir
Həsənu meşələrinə mədən texnikası yenidən qayıdır: Yəzdin Ərdəkan Polad Şirkəti və İranın Atom Enerjisi Təşkilatının adı çəkilir
Kürd “Ronahi” komandasının üzvlərinin Qoşaçayın “Ümidafrin” komandasının üzvlərinə hücumu (Video)
Netanyahu: İran rejimi xərçəng kimidir, ondan qurtulmasaq, geri qayıdacaq
İsrail müdafiə naziri: İranla işimiz bitməyib, bu dəfə enerji obyektlərini də hədəfə alacağıq
Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Fridrix Merts: Almaniya İsrailin yanındadır
Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Traxturun qapıçısı 2026-cı ilin Asiyada ən yaxşı kişi futbolçusu mükafatına namizəd olub
Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!
Yəmən İrana: Silahlarınızı ölkəmizdən çıxarın, işlərimizə qarışmayın!
İranın Pakistanla quru sərhədi bağlandı
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
Tramp ABŞ, Rusiya və Çin arasında nüvə sazişinin mümkünlüyündən danışıb
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Ərəb Liqası husilərin Yəməndə hökumət və mülki obyektlərə hücumlarını pisləyib
Ankara Universitetində Məhəmmədtəqi Zehtabinin anım mərasimi keçiriləcək
İki şəhədə beş məhbus edam edildi
Vens: İranla bağlı hərbi qərarlarda Trampla mövqelərimiz üst-üstə düşür
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Soyuqbulaqda yol qəzası- Ölən və yaralananlar var
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
GünAz TV: Ermənistanda hakim qüvvələr arasında ciddi fikir ayrılıqları özünün pik həddinə çatıb. Artıq dünən İrəvanda siyasi böhranın yaşandığını göstərən istefalar dalğası başlayıb.
İlk olaraq Ermənistan parlamentinin spikeri (sədri) Ovik Abramyan istefa verib. "Novosti-Armeniya" agentliyi xəbər verir ki, bu barədə o jurnalistlərə Ermənistan respublikaçı (cümhuriyyətçi) partiyasının (ERP) icra komitəsinin iclasından sonra bildirib. Abramyan istefasını partiyanın gələcək parlament seçkilərində ERP-nın seçki qərargahının rəisi vəzifəsinə onun namizədliyini irəli sürməsi ilə əsaslandırıb. "Mən parlamentin spikeri vəzifəsini tərk etmək və işimi seçki qərargahının formalaşmasına yönəlməyi təklif etdim", - o bildirib.
Bununla yanaşı Abramyan bildirib ki, iclasda onun spiker vəzifəsində kiminlə əvəz olunması məsələsi müzakirə olunmayıb. Lakin Ermənimstan mətbuatı Abramyanın istefasının Sarkisyan-Koçaryan qarşıdurmasının məntiqi nəticəsi olduğunu iddia edib.
"Aykakan Jamanak" qəzetinin verdiyi məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyan hakim dairələrdə yeni kadr dəyişiklikləri etmək fikrindədir.
Gündəlikdə duran məsələlərdən biri - Kotayk vilayətinin rəhbəri Şahqeldyan Kovalenkonun vəzifədən uzaqlaşdırılmasıdır. Onun yerinə polis rəisinin müavini Saşik Afyanın keçəcəyi ehtimal olunur. Bundan başqa, polis rəisi Alik Sarkisyan da vəzifəsindən azad edilib və bu rəhbər postuna isə İrəvan polis idarəsinin rəisi Nerses Nazaryan iddialıdır. Baş prokuror (dadistan) Aqvan Ovsepyannın da istefası gözlənilir. Onu Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryanın əvəzləyəcəyi ehtimal olunur. Baqdasaryanın yerinə isə Ermənistanın müdafiə naziri Seyran Ohanyanın keçəcəyi bildirilir. Öz növbəsində müdafiə naziri vəzifəsinə Ohanyanın müavini David Tonoyan iddia edir.
Bu arada isə Ermənistan parlamentinin spikeri Ovik Abramyan yenidən baş nazir postunu tutmaq üçün fəaliyyətə keçib. Prezident Serj Sarkisyan baş nazir Tiqran Sarkisyanı Abramyanla əvəzləməyin əleyhinə olsa da, spiker niyyətinə çatmaq üçün əlindən gələni edir. Məhz bu üzdən son zamanlar baş nazirlə onun arasında ziddiyyətlərin daha da dərinləşdiyi bildirilir. Qəzet öz mənbəsinə istinadən yazır ki, spikerin baş nazir postuna gedən yolunu prezident Sarkisyanın kürəkəni, Prezident Administrasiyası (nəhade riyasəte cümhuri) rəhbərinin müavini Mikael Minasyan da bağlayır: "Minasyan Ermənistan parlamentini oliqarxlardan, hakim Respublika Partiyasının "qocalarından" təmizləməyə, oraya öz gənc kadrlarını yerləşdirməyə çalışır. Hakim partiyanın növbəti seçki üçün proporsional (mütənasib) namizəd siyahısı da bu prinsiplə (əsl) hazırlanır. Amma Abramyanın baş nazirliyə gedən yolunu bağlamaq üçün onun adı yeni siyahıya da salınıb". İstefanın növbəti qurbanı isə Ermənistan baş nazirinin müavini, ərazi idarə olunması üzrə nazir Armen Qevorkyan olub.
Azərbaycanlı siyasilər və millət vəkillərinin mövqeyi isə məsələyə birmənalıdır. Onlar Ermənistanda hakimiyyət böhranının yaşandığı qənaətindədir. Millət vəkili Aydın Mirzəzadənin qənaətincə, Ermənistanda hazırkı dövrdə yüksək vəzifəli şəxslərin istefa verməsi onu göstərir ki, prezident ölkəni idarə edə bilmir. "Son hadisələr bir daha sübut edir ki, Prezident Serj Sarkisyanın, nə ölkənin inkişafına dair konsepsiyası (qavram, təsəvvür), nə idarəetmə təcrübəsi, nə komanda ilə işləmək bacarığı mövcuddur, nə də dövrün tələblərinə cavab verə bilir", - Mirzəzadə deyib. Politoloq hesab edir ki, söhbət kadr dəyişikliklərindən deyil, Ermənistan dövlətçiliyinin, milli ideologiyasının böhranından gedir. "Müstəqil dövlət yaradan erməni xalqının siyasi elitası, inkişafı qonşu dövlətlərə qarşı torpaq iddiasında görür. Bu isə heç zaman, heç bir dövlətə uğur gətirməyib, Ermənistana da gətirmədi", - Mirzəzadə qeyd edib.
Millət vəkili hesab edir ki, bu dəyişikliklər Ermənistan cəmiyyətində gedən böhranın üzdə görünən əlamətləridir. "Ölkədən əhalinin durmadan köçməsi, ölkə iqtisadiyyatının tənəzzülü, ölkənin regional (bölgəsəl) iqtisadi layihələrdən kənarda qalması, iqtisadi, siyasi, hərbi, diplomatik sahədə uğursuzluqlar göz qarşısındadır", - o, deyib. Aydın Mirzəzadənin fikrincə, Ermənistan hakimiyyəti hazırkı siyasətini davam etdirərsə, bundan sonra da bu cür böhran əlamətləri tez-tez görünəcək.
Azərbaycanın digər deputatı Zahid Oruc da hesab edir ki, Ermənistanda baş verən son hadisələr gələcəkdə böyüyəcək hakimiyyət böhranının elementləridir. "Baş verən istefalar Ermənistan cəmiyyətinə ölkə rəhbərinin siyasi-taktiki planları (tərhləri) kimi təqdim olunur. Lakin Ermənistanda hakimiyyətin monolitliyindən (istehkam), siyasi komandadan, yaxud dəqiq müəyyənləşmiş kursdan danışmaq mümkün deyil. Ermənistanda hakimiyyətin qrup halında fəaliyyəti mövcud deyil", - o Trend-ə açıqlamasında deyib. Zahid Oruc bildirib ki, son istefalarla sübut olundu ki, Sarkisyanın bir dövlət başçısı kimi həmin şəxslər üzərində hər hansı bir mənəvi, siyasi hakimiyyəti mövcud deyil. "Onun təşkilatçılıq səriştəsi mövcud ola bilər, amma başlıca məsələ, siyasi vəhdətdən, ideoloji baxımdan o insanları irəliyə aparmağı bacarmaq keyfiyyətidir ki, Sarkisyanda da bu yoxdur", - millət vəkili deyib. Zahid Oruc hesab edir ki, Sarkisyanın xarizması, sözünü cəmiyyətə çatdırmaq gücü mövcud deyil. "Onun elə bir fikri yoxdur ki, Ermənistan cəmiyyətində müzakirə obyekti (mövzusu) olsun", - o deyib. Həftə içi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Milli fəalara əlavə cəzalar verildi
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Rusiyalı mütəxəssislər İrana getdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir