SON XƏBƏRLƏR

Ortaq türk dilinin yaradılması işinə başlamaq lazımdır

2021.10.20, 07:36
Ortaq türk dilinin yaradılması işinə başlamaq lazımdır

Gunaz.tv

GünAz TV: Sürətlə dəyişən dünyada birliyimizi təmin etmək üçün türk dövlətləri arasında ortaq dilin yaradılmasına ehtiyac var.

Bunu Bakıda TürkPA-nın beynəlxalq əlaqələr komissiyasının (komisyon) ilk iclasında  çıxış edən Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkili Ülkər Gözəl deyib.

“Düzdür, bizim ortaq dilimiz var. Amma bəzi kəlmələri başa düşməkdə çətinlik çəkirik. Ona görə ortaq dilin yaradılması ilə bağlı türk dilli dövlətlərin universitetlərində, elm ocaqlarında bu istiqamətdə işlərə başlanmalıdır”.

O eyni zamanda bildirib ki, balanslaşdırma qərb ölkələrindən türk dövlətlərinə tərəf gəlməyə başlayır.

“Ona görə də bu məkanda demokratiyanın, insan hüquqlarının, inkişaf etmiş iqtisadiyyatın təmin edilməsi istiqamətində birgə layihələrə önəm verilməlidir”.

Buna cavabında çıxış edən Milli Məclisin üzvü Əhliman Əmiraslanov belə bir təkliflə razı olduqlarını, ortaq dil və əlifbanın yaradılmasının vacib olduğunu qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar