SON XƏBƏRLƏR

Amerika Konqresi İrana qarşı yeni sanksiyaları (təhrimləri) təsdiq edib

2021.10.20, 07:36
Amerika Konqresi İrana qarşı yeni sanksiyaları (təhrimləri) təsdiq edib

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) Konqresinin xarici əlaqələr komitəsi İrana qarşı daha sərt sanksiyaları (təhrimləri) təsdiq edib.

 

Sanksiyalar Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Adil əl-Cübeyrəyə qarşı sui-qəsd cəhdinə görə tətbiq olunacaq. Sanksiyaların İranın Mərkəzi bankına qarşı tətbiq olunması gözlənilir.

 

Nümayəndələr palatasının (məclisi) xarici əlaqələr komitəsinin sədri İleana Ros-Leytinenin sözlərinə görə, sanksiyalar Qurban bayramı ərəfəsində İran hökumətinə hədiyyə olacaq.

 

«Hesab edirəm ki, İranın Mərkəzi bankı təkcə terrorçuluğa yardım göstərmək, nüvə proqramını maliyyələşdirmək və «İslam inqilabının keşikçiləri»ni dəstəkləməklə kifayətlənmir, həm də onların fəaliyyətinin əsas hərəkətverici qüvvəsidir», deyə komitənin üzvü Hovard Berman bildirib. APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar