SON XƏBƏRLƏR

Amerika Azərbaycan və Türkiyəni alqışlayır

2021.10.20, 07:36
Amerika Azərbaycan və Türkiyəni alqışlayır

Gunaz.tv

GünAz TV: «ABŞ (Amerika Birləşmiş Ştatları) Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev arasında çox vacib enerji sazişinin imzalanmasını alqışlayır».  

Bu sözləri ABŞ dövlət katibi Hillari Klinton Türk-Amerika Şurasının Vaşinqtonda keçirilən toplantısında çıxışında deyib. O, Türkiyəyə yardım etmək üçün yollar axtardıqlarını söyləyib. «Obama administrisiyası (administrisiya) ənənəvi diplomatiya çərçivəsindən kənara çıxaraq özəl sector (xüsusi bəxş), vətəndaş cəmiyyəti və diaspora ilə bilavasitə əlaqə qurur. Hesab edirik ki, bu tərəfdaşlıq innovasiyalar (yenilik) və digər resurslardan (qaynaq, mənbə) istifadəyə kömək edəcək. Biz cənub dəhlizi boyunca enerji ticarətinin inkişafı və İstanbulun beynəlxalq maliyyə mərkəzi kimi mövqe qazanması üçün diplomatik səylərimizi gücləndirmişik» xanım Klinton belə deyib. LidetTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar