SON XƏBƏRLƏR

İran rejimi Azərbaycanın Təbrizdəki baş konsulluğuna qarşı böyük təxribat hazırlayıb

2021.10.20, 07:36
İran rejimi Azərbaycanın Təbrizdəki baş konsulluğuna qarşı böyük təxribat hazırlayıb

Gunaz.tv

GünAz TV: Azərbaycan Respublikasının (Cümhuriyyət) Təbrizdəki baş konsulluğunun binası qarşısında noyabrın (November) 4-də etiraz aksiyası (Göstəri) keçiriləcək.

APA-nın İran KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə "Hizbullah"ın İran qolu olan "Hizbullah Ənsarı" Təşkilatının Təbriz nümayəndəliyinin baş katibi Höccətülislam Ruhulla Becani bildirib.

Becani deyib ki, Təbriz gəncləri sionizmin istiqaməti ilə icra olunan Azərbaycan Respublikasının anti-islami siyasətlərinə etiraz olaraq bu respublikanın Təbrizdəki baş konsulluğunun fəaliyyətini dayandıracaq, işçilərini binadan çıxaracaq: "Alim və böyük şəxsiyyətlər indiyə qədər bu işi qadağan etmişdi və ümid edirdilər ki, Azərbaycan Respublikası rəsmiləri bu anti-islami hərəkətlərdən əl çəkəcək, bu addımlarından çəkinəcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar