SON XƏBƏRLƏR

Tehran Suriya hakimiyyətinin islahat aparmasını istəyir

2021.10.20, 07:36
Tehran Suriya hakimiyyətinin islahat aparmasını istəyir

Gunaz.tv

GünAz TV: İranın Xarici İşlər naziri Əliəkbər Salehi ümid edir ki, Suriya prezidenti Bəşar Əsəd ölkəsində olan problemləri həll edərək hakimiyyətini qoruyacaqdır.

Salehi noyabrın (November) 1-də İRNA-ya verdiyi müsahibəsində bildirib: “ümid edirik ki, Ərəb və region (bölgə) ölkələrinin səyi nəticəsində Suriyada baş verən hadisələr müsbət sona çatacaqdır. Belə ki, həm xalqın istəkləri təmin olunacaq, həm də Suriya hakimiyyəti davam edəcək və Bəşar Əsəd Suriyanın rəhbəri kimi qalacaqdır”. O bildirib ki, Suriyada güc boşluğu yarandığı təqdirdə gözlənilməz dəhşətli hadisələr baş verə bilər. Salehi buna baxmayaraq bildirib ki, region ölkələri belə faciələrin qarşısını almaq iqtidarındadır.

Salehi bu fikirləri Bağdadda səfərdə olan zaman bəyan edib. İran və Suriya regionda iki ən yaxın müttəfiq dövlətlərdir. Bu iki dövlət islam inqilabından sonra yaxın dostluq əlaqələri qurmaqla bütün beynəlxalq məsələlərdə bir-birini dəstəkləyir. Salehinin bu fikirləri Suriyada etirazların davam etdiyi və gün-gündən şiddətləndiyi bir zamanda söylənilib. Qeyd edək ki, Suriyada etiraz aksiyaları (yürüşləri) 8 ay əvvəl başlayıb və BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) verdiyi məlumata görə indiyə qədər hakimiyyətin güc tətbiqi nəticəsində 3000-dən artıq insan həyatını itirib. Araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar