SON XƏBƏRLƏR

İslam Əliəkbərlu Xoy şəhərinin mərkəzi zindanına intiqal edilib

2021.10.20, 07:36
İslam Əliəkbərlu Xoy şəhərinin mərkəzi zindanına intiqal edilib

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəal İslam Əliəkbərlu ailəsi ilə telefon əlaqəsi saxlayaraq, Xoy şəhərinin mərkəzi zindanına köçürüldüyü barədə məlumat verib.

 

Əliəkbərlu ümumi təhlükəsizliyi pozmaq məqsədi ilə yığıncaq təşkil etmək, sistemin əleyhinə təbliğ və pantürkist qruplarda üzv olmaqda ittiham edilib.

 

GünAz TV mətbuat mərkəzinin “Öyrənci”-yə istinadən yaydığı məlumata görə, adını çəkdiyimiz azərbaycanlı fəal saxlanıldığı müddətdə təhlükəsizlik-Ettelaat qüvvələri tərəfindən ağır işgəncələrə məruz qalıb.

 

Onun ailəsi qanunsuz həbs və əsassız ittihamlara görə, dəfələrcə Xoy şəhərinin ümumi və inqilab məhkəmələrinə müraciət etsələrdə heç bir cavab ala bilməyiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar