SON XƏBƏRLƏR

İftar mərasimi zamanı tutuqlanan bəzi milli-mədəni fəallar barədə şərti əfv qərarı…

2021.10.20, 07:36
İftar mərasimi zamanı tutuqlanan bəzi milli-mədəni fəallar barədə şərti əfv qərarı…

Gunaz.tv

GünAz TV: Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı yaxalanan bəzi tutuqlu milli-mədəni fəallar barədə şərti əfv qərarı çıxarılıb.

 

GünAz TV mətbuat mərkəzinin HERANA-ya istinadən yaydığı məlumata görə, Avqustun 24-də (şəhrivərin 2-də) tutulan bəzi mədəni fəalların şərti əfv müraciəti qəbul olunub. Onların dosyesi Təbriz məhkəməsinin hökmləri icra edən şöbəsinə (dadsəra) göndərilib.

 

Sözü gedən tutuqlu milli-mədəni fəalların kimliyi bunlardan ibarətdir:

Əhməd Əlizadə

Yusif Sələhşur

Yasir Salmani Rzayi

Abdullah Səduqi

Mustafa Əvəzpur

İlqar Kərimi

Fərzad Məhdəvi

Əli Şirnak

Mehdi Mühaciri

Məhəmməd Əlimuradi

Qadir Növruzi

və...

 

Adını çəkdiyimiz azərbaycanlı fəallar bundan öncə 4 ay həbs və 20 ay asılı həbs (şərti) cəzasına məhkum edilmişdilər.

 

Qeyd edək ki, İftar mərasimində 30 nəfər tanınmış azərbaycanlı milli-mədəni fəal tutuqlanmışdır. Digər 15 nəfərin isə noyabrın 3-də (abanın 12-də) məhkəmə iclası keçiriləcək.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar