SON XƏBƏRLƏR

Talış diasporu Ermənistanda toplaşır

2021.10.20, 07:36
Talış diasporu Ermənistanda toplaşır

Gunaz.tv

GünAz TV: Noyabr (November) ayının 12-də Ermənistanın paytaxtı Yerevan şəhərində II Beynəlxalq Talışşünaslıq Konfransının keçirilməsi planlaşdırılır (tərhi tökülür).

Bu barədə qazeta.azerisayt www.talısh.org saytına istinadən xəbər yayıb.

Xəbər verilir ki, bununla əlaqədar olaraq Rusiya Federasiyasının Talış Diasporu Təşkilatının prezidenti İsmayıl Şabanov bəyanat verib.

Bəyanatda qeyd olunur ki, Azərbaycan Respublikasında (Cümhuriyyət)  talışşünaslıq üzrə elmi və mədəni mövzüda hər hansı bir konfransın dövlət və ictimai səviyyədə keçirilməsinə imkan verilmir: "Baxmayaraq ki, belə şərait Azərbaycanda bəzi xalqlar üçün yaradılmışdır. Bununla yanaşı, Talış Diasporu Təşkilatı ümid edir ki, yaxın gələcəkdə respublika hakimiyyəti talış probleminə də nəhayət diqqət edəcəkdir".

İ.Sadıqovun adından yayılan bəyanatda bildirilir ki, respublikanın digər xalqları kimi talışların da ad, ana dili, özünüidarə və habelə bu məsələlərlə bağlı konfranslar keçirtmək və onların işində iştirak etmək hüququ vardır: "Lakin biz hansısa qüvvələrin özünün geosiyasi (jeopolitik) qarşıdurmalarına görə talış faktorundan istifadənin qəti əleyhinəyik. Biz istəmezdik ki, hətta bir nəfər nümayəndəsinin hərəkətləri belə xalqımızın haqq işinə mənfi çalar versin və talışçılığın əxlaqi tərəfi xalqımızın xeyrinə işləməsin. Hesab edirik ki, Azərbaycanın demokratikləşdirilməsi uğrunda ümumi mübarizə aparmaq daha düzgün yoldur. Yalnız demokrarik cəmiyyətdə Azərbaycanı təmsil edən xalqlar üçün özünürealizə imkanların yaranması mümkündür. Biz, talış diasporasının nümayəndələri Azərbaycan rəhbərliyindən xahiş edirik ki, ölkənin köklü xalqlarının, onların milli ənənələrinin, dilinin, mədəniyyətinin qorunması və inkişafı üçün elmi tədbirlərin və konfransların azad keçirilməsinə şərait yaratsın. İnanırıq ki, bu ölkədə tolerantlığın (xöşgörü) bərqərar olmasına, Azərbaycanın beynəlxalq səviyyədə avtoritetinin (authority) qalxmasına səbəb olmaqla yanaşı ölkənin köklü xalqlarının konstitutsion (anayasa, əsasi) hüquqlarının pozulması ətrafında edilən spekulyasiyaların (suistifadə) dayandırılmasına kömək etmiş olar".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar