SON XƏBƏRLƏR

150 nəfər İranlı zəvvar Mədinədən qovulub

2021.10.20, 07:36
150 nəfər İranlı zəvvar Mədinədən qovulub

Gunaz.tv

GünAz TV: Səudiyyə Ərəbistanı həcc ziyarəti üçün bu ölkəyə səfər edən 150 İran zəvvarını ölkədən qovub.

Bu haqda məlumatı İran xarici işlər nazirinin parlament və konsulluq işləri üzrə müavini Həsən Qəşqavi oktyabrın (October) 31-də jurnalistlərə açıqlamasında bəyan edib.

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, Səudiyyə Ərəbistanı Mədinə aeroportunda (hava limanı) saxlanan bu şəxslərin ölkədən qovulmasını onların saxta vizalardan istifadə etməsi ilə əlaqələndirir. İranlı zəvvarlar isə vizaları Səudiyyə Ərəbistanının Məşhəd şəhərindəki konsulluğundan aldıqlarını bildirir.

Həsən Qəşqavi isə jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanından qovulan iranlı zəvvarların problemli vizalarından danışıb: “Bu zəvvarlar öz vizalarını İran Həcc və Zİyarət Təşkilatı vasitəsi ilə yox, özləri birbaşa Səudiyyə Ərəbistanının Məşhəddəki konsulluğundan alıblar. Bu isə Mədinə aeroportunda onların kimliklərinin kompüterlə yoxlanılmasında problemlər yaradıb. Lakin bir məsələ də var ki, Səudiyyə Ərəbistanının Məşhəddəki konsulluğunun həmin şəxslərə verdiyi vizalar kodsuz olub. Biz bunun səbəbini öyrənməyə çalışacağıq”.

Məlumatda bildirilir ki, Səudiyyə Ərəbistanından qovulan 150 iranlı zəvvar arasında adları açıqlanmayan 5 molla və tanınmış məddahlar Murtuza Tahiri və Möhsün Tahiri də var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar