SON XƏBƏRLƏR

İsveç parlamentinə Urmu gölü ilə bağlı layihə təqdim olunub

2021.10.20, 07:36
İsveç parlamentinə Urmu gölü ilə bağlı layihə təqdim olunub

Gunaz.tv

GünAz TV: “Yaşıllar” partiyası və “Azər” cəmiyyəti İsveç parlamentinə Urmu gölü barədə layihə təqdim edib.

Bu haqda Gün.Az İsveçdə fəaliyyət göstərən “Azər” cəmiyyətinin sədri, Dr. Manaf Səbəbiyə istinadən xəbər yayıb.

“Layihədə İsveç parlamenti Urmu gölü ilə bağlı dövləti aktiv fəaliyyətə çağırır. Təklif “Yaşıllar” partiyasının parlamentdəki nüfuzlu millət vəkili xanım Bodil Ceballos tərəfindən hazırlanıb. Xatırlamalıyıq ki, “Yaşıllar” partiyası ölkənin üçüncü ən böyük siyasi qüvvəsi hesab edilir”, - deyə, Manaf Səbəbi qeyd etdi.

Manaf Səbəbi eyni zamanda layihənin “Yaşıllar” partiyası ilə yanaşı, “Azər” cəmiyyətinin fəalı Eyvaz Modabber tərəfindən hazırlanıb təqdim edildiyini bildirdi.

“Həmçinin, sənəddə İsveç dövləti tərəfindən İran hakimiyyətindən ciddi şəkildə gölün qurudulmasının qarşısının alınması ilə bağlı tədbirlər tələbi vurğulanır. Xüsusilə, layihədə göl və azərbaycanlıların son etirazları haqda kifayət qədər məlumat verilir”, - deyə, cəmiyyət sədri vurğuladı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar