SON XƏBƏRLƏR

Amerika və İran Suriya məsələsində razılığa gəliblər?!

2021.10.20, 07:36
Amerika və İran Suriya məsələsində razılığa gəliblər?!

Gunaz.tv

GünAz TV: “Le Figaro” qəzeti yazırki, ABŞ (Amerika Birləşmiş Ştatları) və İran hökumətinin təmsilçiləri avqustun (August) sonunda və sentyabr (September) ayında iki dəfə görüşüblər.

ABŞ (Amerika Birləşmiş Ştatları) və İran Suriya ilə bağlı razılaşma əldə edib. Amerika və Lent.az-ın verdiyi məlumata görə, bunu Fransanın “Le Figaro” qəzeti mühacirətdəki bir suriyalı müxalifətçiyə istinadən yazıb.

Qəzet yazır ki, Suriyada proseslərin (sürəc, prusə) daha pis məcrada cərəyan etməməsi üçün ABŞ və İran hökumətinin təmsilçiləri avqustun sonunda və sentyabr ayında iki dəfə görüşüblər. Görüşün harada keçirildiyi açıqlanmayıb. Bu görüşlərdə ABŞ və İran Misirdə olduğu kimi Suriyada da Ali Hərbi Şuranın hakimiyyətə gətirilməsini və generallara strateji qərarlar qəbul etmələri üçün məsuliyyət verilməsini müzakirə ediblər. İran bu görüşlərdə Suriyada yeni bir hökumətin qurulması, hətta rejimin ən üst səviyyəsində dəyişiklik ideyasını dəstəkləyib.

İranın belə mövqe sərgiləməsinin səbəbi Suriyada vətəndaş müharibəsinin başlayacağından çəkinməsidir. Bu görüşlərdə amerikalı diplomatlar ABŞ əsgərlərinin 2011-ci ilin sonunda İraqdan çəkiləndən sonra İranın bu ölkədə sabitliyi pozmamasını da istəyiblər. İran isə Bəşər Əsədin devriləcəyi halda ABŞ-ın Suriyada Tehrana düşmən bir rejimi dəstəkləməməsini tələb edib. ABŞ və İran diplomatları Suriyada qurulacaq yeni hökumətin Orta Şərqdə fərqli qüvvələrlə din münasibətlər qurması gərəkdiyi yönündə razılaşıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar