SON XƏBƏRLƏR

Amerika İranla müharibəyə hazırlaşır: “Küveytlə danışıqlar başlayıb”

2021.10.20, 07:36
Amerika İranla müharibəyə hazırlaşır: “Küveytlə danışıqlar başlayıb”

Gunaz.tv

GünAz TV: Bu ilin sonuna qədər İraqdan hərbi qüvvələrin çıxarılması prosesi (sürəci) başa çatdıqdan sonra ABŞ (Amerika Birləşmiş Ştatları) əsgərlərinin körfəzdə (xəlic) yerləşdirilməsinə dair Küveytlə danışıqlar aparır.

Bu barədə “The New York Times” qəzetinin yaydığı məlumatda bildirilir ki, bu, İraqda təhlükəsizliyin təmin edilməsi baş tutmadığı və ya İranla hərbi münaqişə başladığı halda, ABŞ-ın cəld reaksiya (əksüləməl) verə bilməsi üçün Körfəz regionunda (bölgəsində) hərbi mövcudluğunu artırmaq planlarının (tərhlərinin) bir hissəsidir.

Qəzet yazır ki, Birləşmiş Ştatlar Küveytdə hazırkı qüvvələrə əlavə olaraq, regiona daha artıq hərbi gəmilərin göndərilməsi məsələsini nəzərdən keçirir. Planlaşdırılan hərbi qüvvələrin həcmi müəyyən edilməyib. Xəbərdə o da qeyd olunur ki, ABŞ hökuməti Körfəz Əməkdaşlıq Şurasının bütün üzvləri - Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Omanla hərbi əlaqələrin genişləndirilməsinə çalışır. Hərbi mənbələr və diplomatlara istinadən yayılan bu xəbər hələlik rəsmi səviyyədə təsdiqlənməyib. Azadlıq qəzeti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar