SON XƏBƏRLƏR

Mərhum Cəfərzadə ailəsi Zəncanda anılacaq

2021.10.20, 07:36
Mərhum Cəfərzadə ailəsi Zəncanda anılacaq

Gunaz.tv

GünAz TV: Bu barədə Azərbaycanlı fəal Rza Abbasi məlumat verib. Anım mərasimi mərhum ailənin vəfatının 40-cı günü münasibəti ilə düzənlənəcək.  

 

Rza Abbasi Cəfərzadə ailəsinin vəfatı ilə əlaqədar oktyabrın 7-i (mehrin 15-i) Zəncanda keçirilməsi nəzərdə tutulan və təhlükəsizlik qüvvələri tərəfindən icazə verilməyən mərasimidə xatırladıb. O bildirib ki, yas mərasiminin qeyd olunmasına qadağa qoyulması heç bir hüquq və insanlığa sığmır.

 

Adını çəkdiyimiz azərbaycanlı fəal vurğulayıb ki, biz Cərfərzadə ailəsinin vəfatının 40-cı günü  münasibəti ilə bir daha Zəncan şəhərində mərasim düzənləyəcəyik, bu bizim ən ibtidai hüququmuzdur.

 

Xatırladaq ki, Xoy şəhəri sakinləri, tanınmış azərbaycanlı fəal ailə İbrahim Cəfərzadə, onun həyat yoldaşı Mina Kəhrübayi və 1 yaşlı övladları Ayla Cəfərzadə sentyabrın 27-i (mehrin 5-i) avtomobil qəzası nəticəsində dünyalarını dəyişiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar